İnsanlara hürriyət, millətlərə istiqlal!

"Skuterdən yıxılıb..." - Azyaşlı zorakılığa məruz qalıb? 

Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələylə bağlı ətraflı söhbət aparılıb.

"Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib. Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də qərara alınıb. Məsələ aidiyyəti qurumların nəzarətindədir", - deyə məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR