Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Qarabağ”–“Ayaks” oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionunda xoş və yadda qalan bir an yaşanıb.
Görüşü birlikdə izləyən azarkeş cütlüklərdən biri matçın gedişində sevdiyi xanıma evlilik təklifi edib. Bu barədə Facebook istifadəçisi Ayaz Mirzəyev paylaşım edib. Tribunada baş verən bu romantik addım ətrafdakı azarkeşlərin alqışları və səs-küylü sevinc reaksiyası ilə qarşılanıb.
Həyəcan dolu futbol axşamında yaşanan bu an matçın ən duyğulu məqamlarından biri olub.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ