İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR