Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.
Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ