İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada Əsədin son izləri BELƏ SİLİNİR - Yanvarın 1-dən...

Suriyanın sabiq prezidenti Bəşər Əsədin portreti ölkənin 2026-cı il yanvarın 1-dən dövriyyəyə buraxılacaq milli valyutasından çıxarılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdül Qadir əl-Hasriyyə məlumat verib.

Onun sözlərinə görə, bu qərar ölkədə yeni iqtisadi mərhələnin başlanmasını, eyni zamanda siyasi suverenlik və milli birliyə sadiqliyi əks etdirir.

Hazırda Suriyada köhnə simvollu əskinaslardan istifadə olunur. Belə ki, 2000 funtluq əskinasın üzərində Bəşər Əsədin, 1000 funtluq əskinasda isə atası Hafiz Əsəd təsvir olunub.

Məlumata görə, yeni valyuta təsvir və simvollar olmadan altı nominalda buraxılacaq. Suriya funtunun kəskin dəyər itirməsi səbəbindən denominasiya aparılacaq. Yeni əskinasların çapını Rusiyanın “Qoznak” şirkəti həyata keçirəcək. Müvafiq müqavilə Suriya nümayəndə heyətinin Moskvaya səfəri zamanı imzalanıb.

Suriya Əsədin portreti olmayan yenilənmiş valyuta buraxacaq

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR