İnsanlara hürriyət, millətlərə istiqlal!

Susuzluq Ucarda həyatı iflic edib

Ucar rayonunun təxminən 4 min nəfər əhalisi olan Alpout kəndində uzun illərdir su problemi davam edir. Sakinlər bildirirlər ki, həm içməli, həm də əkin sahələrinin suvarılması üçün su qıtlığı gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirir.

Musavat.com xəbər verir ki, onların sözlərinə görə, arx suyu əsasən əkin sahələrinə yönəldildiyindən kəndə ya ümumiyyətlə su çatmır, ya da ayda cəmi bir neçə dəfə verilir. Bu vəziyyət su üstündə mübahisələrə, hətta xəsarətlə nəticələnən insidentlərə səbəb olur.

Kənd sakinləri bildiriblər ki, hazırkı isti havalarda nə öz ehtiyaclarını, nə də heyvanların su tələbatını qarşılaya bilirlər. Onlar problemin həlli üçün aidiyyəti qurumların təxirəsalınmaz tədbirlər görməsini istəyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR