İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO

Rusiyalı müğənni Andrey Makareviçin İsraildə yerləşən evinə raket qalıqları düşüb.

Bu barədə musiqiçinin həyat yoldaşı Eynat Klyayn sosial şəbəkədə məlumat verib.

O, bildirib ki, İran raketinin qalıqları Hayfa yaxınlığındakı Kerem Maxaral kəndində yerləşən evinin və həyətyanı sahəsinə düşüb. Nəticədə isə uşaq otağının şüşələri sınıb, bağ sahəsinə isə metal qırıntıları səpələnib.

Hadisə zamanı isə ailə evdə olmayıb. Onlar qonaqlıqdan qayıdarkən hava həyəcan siqnalı verilib və ailə yerə uzanaraq təhlükənin bitməsini gözləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. (Axşam.az)

1332385_(2).jpg (52 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR