İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarakanlar" etiraz aksiyasına çıxdı - VİDEO

Şənbə günü Nyu-Dehli mərkəzində sözügedən "Tarakanlar Partiyası"nın yüzlərlə tərəfdarı hərəkatın ilk genişmiqyaslı aksiyasına toplaşıb.

Musavat.com xəbər verir ki, cəmi bir neçə həftə ərzində internet zarafatından Hindistandakı gənclərin narazılıq rəmzinə çevrilən bu hərəkat diqqətləri üzərinə çəkib.

"Cantar-Mantar" meydanında keçirilən mitinq hərəkat üçün sosial şəbəkələrdən kənarda ilk ciddi sınaq olub. Təşkilatçılar bu aksiya vasitəsilə nəhəng onlayn auditoriyanın real siyasi qüvvəyə çevrilmək potensialını yoxlamağa çalışıblar.

Aksiyaya əsasən əllərində plakatlar və üzlərində tarakan maskaları olan gənclər qatılıb. Bəzi iştirakçılar isə təhsil hüququ və bərabər imkanların rəmzi olaraq dövlət bayraqları və kitablar gətiriblər.

Sözügedən hərəkat, Hindistan Ali Məhkəməsinin sədri Surya Kantın məhkəmə iclaslarının birində tənqidçiləri və işsiz gənclərin bir qismini tarakanlara bənzətməsindən sonra yaranıb. Onun bu qalmaqallı bəyanatı kəskin etirazlara yol açıb.

Şənbə günü baş tutan aksiyanın əsas səbəbi isə imtahanların keçirilməsi zamanı qeydə alınan qayda pozuntuları və yaranan qalmaqaldan sonra təhsil naziri Dharmendra Pradhanın istefası tələbi olub.

Mitinq iştirakçıları "Tarakanlar gəlir - Dharmendra Pradhan gedir!" şüarını səsləndirərək hakimiyyəti gənclərin problemlərinə diqqət yetirməyə çağırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR