İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gecə yarısı müharibə yenidən BAŞLADI - DƏHŞƏTLİ HÜCUM - TV Musavat

ABŞ ordusunun İranın Hörmüz boğazındakı strateji Lark adasına hücum etdiyi barədə xəbərlərdən sonra bölgədə gərginlik yenidən artıb.

Musavat.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu hücumu təsdiqləyib. İran mediası adada partlayış səslərinin eşidildiyini, ölən və yaralananların olduğunu bildirib.

İranın Fars Xəbər Agentliyi Lark adası ətrafında bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. İlk mərhələdə partlayışların dəqiq baş verdiyi ərazi və səbəbi barədə məlumatın aydın olmadığı bildirilib. Tasnim Xəbər Agentliyi isə adadakı bir nöqtənin pilotsuz uçuş aparatı ilə vurulduğunu və hücum nəticəsində 2 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını iddia edib.

ABŞ mediasında yayılan ilkin məlumatlarda isə ABŞ ordusunun Lark adasındakı raket qurğularını hədəf aldığı bildirilib. İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında Lark adasına hücumun ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilib.

Açıqlamaya görə, hücum nəticəsində aralarında mülki şəxslərin də olduğu ölən və yaralananlar var. İran tərəfi hücuma cavab veriləcəyini açıqlayıb. İran İnqilab Keşikçiləri Korpusu daha sonra ABŞ-nin İrana qarşı hücumuna cavab olaraq qisas əməliyyatlarının başladıldığını açıqlayıb.

Bildirilib ki, İranın Aerokosmik Qüvvələri İordaniyadakı Kral Hüseyn və Muvaffak Salti hava bazalarını ballistik raketlərlə hədəfə alıb. İran tərəfi hücumlarda bazalardakı texniki və texniki xidmət infrastrukturlarının, həmçinin döyüş təyyarələrinin yerləşdiyi ərazilərin vurulduğunu və ağır zərər dəydiyini iddia edib.

İran açıqlamasında Hörmüz boğazı üzərindəki nəzarəti zəiflətməyə yönələn cəhdlərin nəticə verməyəcəyi bildirilib.
Tehran həmçinin bundan sonra həyata keçiriləcək hər bir hücuma daha güclü cavab veriləcəyini bəyan edib.
Beləliklə, Lark adasına hücum barədə xəbərlərdən sonra ABŞ və İran arasında qarşıdurma yenidən birbaşa hərbi əməliyyatlarla müşayiət olunmağa başlayıb.

Bu və gündəmdəki aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR