Onlayn ictimai-siyasi qəzet
Yunanıstan İranın Avropadakı ABŞ hərbi obyektlərinə mümkün zərbələri ilə bağlı təhdidlərindən sonra Krit adasındakı Souda dəniz bazasının müdafiəsini möhkəmləndirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, Yunanıstan Aralıq dənizində ABŞ üçün mühüm hərbi obyektlərdən biri hesab olunan Souda bazasının müdafiəsi məqsədilə “Patriot” zenit-raket komplekslərindən birini əraziyə yerləşdirə bilər.
Bazanın müdafiəsinin gücləndirilməsi zərurətinin İranın Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyə hazır olduğu barədə açıqlamalarından sonra yarandığı bildirilir.
Köçürülməsi planlaşdırılan “Patriot” sistemi mart ayında Yunanıstanın Karpatos adasında yerləşdirilib.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ