İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ruslan Məmmədov Rusiyada SAXLANILDI - ANBAAN VİDEO

Rusiyada Azərbaycan diasporunun liderlərindən biri saxlanılıb.

Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Perm diyarında Azərbaycan vətəndaşı Ruslan Məmmədov Məmməd oğlunu saxlayıblar.

Rusiya mediasının məlumatına görə, o, Azərbaycan diasporunun liderlərindən biridir.

Məmmədovun tam olaraq nə vaxt saxlanıldığı məlum deyil.

Lakin "Properm" nəşrinin jurnalisti Perm Diyar Məhkəməsindən öyrənib ki, Məmmədovun həbsindən 19 avqustda apelyasiya şikayəti verilməyib və o, 7 oktyabr 2026-cı ilə qədər həbsdə qalacaq.

Həmçinin bildirilir ki, Məmmədovun Rusiyaya girişi 2076-cı il iyunun 4-dək qadağan edilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR