İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Vaşinqtona şərt diktə edir-Sankiyalar ləğv olunmasa, razılaşma yoxdur

Tehran administrasiyası ABŞ ilə əldə olunmuş ilkin razılaşma çərçivəsində nüvə məsələsi ilə bağlı heç bir öhdəlik götürməyib.

Musavat.com xəbər verir ki, bu barədə ISNA agentliyi yüksək rütbəli iranlı diplomata istinadən məlumat yayıb. Diplomat agentliyə açıqlamasında bildirib ki, ABŞ ilə ilkin razılaşmanın layihə variantında nüvə mövzusu və yüksək dərəcədə zənginləşdirilmiş uranla bağlı qarşı tərəfə heç bir vəd verilməyib və bu məsələ tamamilə ayrıca danışıqların mövzusu olacaq.

Mənbə qeyd edib ki, ABŞ ilə ümumi razılıq əldə olunacağı təqdirdə, nüvə mövzusu 60 günlük xüsusi danışıqlar çərçivəsində müzakirə ediləcək.

Bunun müqabilində isə rəsmi Vaşinqton İrana qarşı sanksiyaları ləğv etməli, dondurulmuş aktivləri sərbəst buraxmalı və Amerika hərbi qüvvələri İranın ətrafındakı regionları tamamilə tərk etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR