İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan qəti "yox": İran atəşkəs danışıqlarından imtina etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün göstərilən vasitəçilik səylərinə Tehranın münasibətini açıqlayıb.

Musavat.com xəbər verir ki, Baqai hazırkı şəraitdə atəşkəs barədə danışmağın heç bir perspektivinin olmadığını bildirib.

"Hazırda döyüş əməliyyatları davam edir. Belə bir vəziyyətdə ölkənin (İranın) müdafiəsindən başqa hər hansı bir mövzu ətrafında danışmaq yersizdir", — deyə XİN rəsmisi vurğulayıb. Onun sözlərinə görə, İran beynəlxalq vasitəçilərin təkliflərini real hesab etmir və əsas diqqəti ABŞ-İsrail koalisiyasının hücumlarını dəf etməyə yönəldib.

Bu bəyanat Qətər və digər regional güclərin gərginliyi azaltmaq cəhdlərindən dərhal sonraya təsadüf edir. Ekspertlər hesab edirlər ki, Tehranın bu sərt mövqeyi yeni Ali Rəhbər Müctəba Xameneyinin hakimiyyətinin ilk günlərində zəiflik nümayiş etdirməmək istəyi ilə bağlıdır. Baqai həmçinin əlavə edib ki, diplomatik kanallar yalnız "təcavüzün dayandırılması" şərti ilə açıla bilər, lakin hazırda belə bir zəmin görünmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR