Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtı Tehran şəhərinin şərq hissəsində İran Silahlı Qüvvələrinin Baş Qərargahına məxsus binada güclü partlayış baş verdiyi bildirilir.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı yayılan ilkin məlumatlarda partlayışın səbəbi barədə hələlik dəqiq açıqlama yoxdur.
Qeyd olunur ki, rəsmi qurumlar insidentlə bağlı hələlik hər hansı məlumat yaymayıb. Hadisə yerində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ