İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolikdən Musavat.com-a ŞOK AÇIQLAMALAR - Zaurları niyə gözardı etdi?

 
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib. O, verilişləri bağlanan aparıcılar - Zaur Baxşəliyev, Lalə AzərtaşXoşqədəm Hidayətqızı - barədə fikirlərini bölüşərək onlara dəstəyini ifadə edib. Lakin onun Zaur KamalZaur Nəbioğlu ilə bağlı paylaşım etməməsi də diqqətdən yayınmayıb.
 
Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Tolik bildirib ki, öz mövqeyini açıq şəkildə göstərib:
 
“Bu haqda danışmaq istəmirəm. Paylaşımlarımdan hər şey aydındır. Artıq hamı bilir ki, kimi paylaşıb dəstəyəm, kimə dəstək deyiləm. Allah hamının köməyi olsun”.
 
Qeyd edək ki, Azərbaycanda televiziya kanallarında genişmiqyaslı dəyişikliklərə start verilib. ATV-də “Bizimləsən” (aparıcı Zaur Baxşəliyev), ARB-də Xoşqədəm HidayətqızıZaur Kamalın verilişləri, eləcə də “Təsir dairəsi” (aparıcı Lalə Azərtaş) yayımdan çıxarılıb. Daha əvvəl isə Elgiz ƏkbərTarix Əliyevin verilişləri də efirdən kənarlaşdırılmışdı.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR