Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri ölkə sərhədlərinin bilavasitə yaxınlığında Rusiya ordusuna məxsus "İskəndər" əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusunu vuraraq məhv edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı məlumat verib.
Ukrayna dövlət başçısının sözlərinə görə, əməliyyatın məxfiliyinə görə bir çox detal açıqlanmasa da, qurğunun vurulması faktı rəsmən təsdiqini tapıb. Zelenski qeyd edib ki, əks-ballistik raketlərin çatışmazlığı şəraitində Ukrayna hərbçiləri düşmənin atəş nöqtələrini birbaşa yerindəcə "ovlamaq" üçün xüsusi və mürəkkəb taktikalar hazırlayıblar.
Ukrayna Prezidenti vurğulayıb ki, düşmənin raket buraxılış sistemlərinin imha edilməsi ukraynalı hərbçilərin uğurla həyata keçirdiyi ayrıca proqram və hərbi əməliyyatın bir hissəsidir.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ