İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Cinpindən xahiş edəcək ki...

ABŞ prezidenti Donald Tramp Çinin dövlət rəhbəri Si Cinpindən Şimali Koreya ilə sammitin keçirilməsinə kömək etməsini xahiş edə bilər.

Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) qəzeti yayıb. Bildirilir ki, Tramp gələn həftə Vaşinqtona səfəri zamanı Şimali Koreya məsələsini Si Cinpinlə müzakirə edəcək.

Qəzet qeyd edir ki, Şimali Koreya lideri Kim Çen In hələ Trampın əlaqə qurmaq cəhdlərinə cavab verməyib, ona görə də ABŞ prezidenti sammitin təşkilində kömək üçün Çin rəhbərinə müraciət edə bilər.

ABŞ administrasiyasının keçmiş rəsmisi NYT-yə bildirib ki, Si Cinpin Trampa görüşü asanlaşdıra və bununla da digər ikitərəfli münasibətlərdə təsir gücü əldə edə bilər. Qəzet yazır ki, bundan əlavə, bu, Si Cinpinə diplomatik danışıqlar üzərində əlavə nəzarət imkanı verəcək.

Tramp Şimali Koreya lideri ilə ilk səlahiyyət müddətində üç dəfə - 2018-ci ilin yayında və 2019-cu ilin qış və yay aylarında görüşüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2026

19 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR