İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana qarşı HƏRBİ QÜVVƏ hazırlayır: Komandanlıq və rabitə mərkəzləri VURULACAQ - CANLI

Demokratiyaların Müdafiəsi Fondunun analitiki və baş məsləhətçisi, eləcə də Tramp administrasiyasının keçmiş rəsmisi Riçard Qoldberq Fox News-a verdiyi müsahibədə Prezident Trampın İslam Respublikasına qarşı "geniş hərbi qüvvə" hazırladığını vurğulayıb. Bu hada, Gunaz.tv yazıb.

O, X hesabında yazıb: "İranda etirazlar davam edir. Edamlar gizli şəkildə həyata keçirilir. Prezident Trampın hakimiyyətə münasibəti dəyişdikcə onun seçimləri genişlənir. Şərtlər uyğun olarsa, milyonlarla insan yenidən küçələrə çıxmağa hazırdır."

Qoldberq Fox News-a verdiyi müsahibənin bir hissəsini paylaşaraq, Donald Trampın qarşısında duran variantlara toxunub.

“O, indi əməliyyat imkanları və seçimlər qurur; bu seçimlər rejimin başını kəsmək və əsas komandanlıq, nəzarət və rabitə mərkəzlərini hədəf almaq kimi imkanları əhatə edir." - deyə o bildirib.

Keçmiş Amerika administrasiyasının rəsmisinin sözlərinə görə, Amerika prezidenti İslam Respublikasının qırmızı xətti keçdiyini yaxşı bilir.

TV Musavat-ın saat 15:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlu ilə söhbətdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sualları cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR