Onlayn ictimai-siyasi qəzet
Ukrayna demoqrafik böhranda "geri dönülməz nöqtəyə çatıb" və bu vəziyyəti "yalnız Rusiya dəyişməyə qadirdir".
Musavat.com xəbər verir ki, bu qalmaqallı bəyanatla Rusiya Prezidentinin müşaviri və Şərq İqtisadi Forumunun təşkilat komitəsinin məsul katibi Anton Kobyakov forumun yekunlarına həsr olunmuş mətbuat brifinqində çıxış edib.
Rusiya rəsmisinin sözlərinə görə, Ukraynadakı mövcud demoqrafik vəziyyət ölkənin böhranı müstəqil şəkildə dəf etməsinə imkan vermir. Kobyakov Ukraynanı "məhv olmaqdan xilas etmək" üçün Rusiya əhalisinin bir hissəsinin bu ərazilərə köçürülməsini təklif edib. Rusiya Prezidentinin müşaviri əlavə edib ki, hazırda Ukraynada "hər dörd vəfat edən şəxsə qarşı cəmi bir uşaq dünyaya gəlir" və bu da ölkə üçün "geri dönülməz nöqtənin keçildiyini" göstərir.
Kobyakovun bu açıqlaması beynəlxalq aləmdə Rusiya tərəfindən işğal olunmuş ərazilərdə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri kimi qiymətləndirilir.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ