İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Müctəba Xamenei barədə danışdı: “Yəqin ki, yaşayır, amma yaralanıb”

ABŞ prezidenti Donald Tramp İranın yeni ali lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən Müctəba Xameneinin sağ olub-olmaması ilə bağlı müxtəlif məlumatların dolaşdığını bildirib.

ABŞ prezidenti qeyd edib ki, onun fikrincə, Müctəba Xamenei böyük ehtimalla yaşayır, lakin müəyyən zərər görmüş ola bilər: “Düşünürəm ki, o, yəqin ki, yaşayır. Zənnimcə, o, zərər görüb, amma hansısa formada sağdır”.

Tramp əlavə edib ki, Müctəba Xamenei atasının belə bu vəzifə üçün istədiyi şəxs olmayıb. O, hazırda bir çox insanların onun taleyi ilə bağlı məlumat əldə etməyə çalışdığını da vurğulayıb.

Qeyd edək ki, İranın ali lideri ilə bağlı müxtəlif iddialar və ziddiyyətli məlumatlar son günlər beynəlxalq mediada geniş müzakirə olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR