Onlayn ictimai-siyasi qəzet
Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar başlayıb.
Musavat.com xəbər verir ki, bu, son doqquz il ərzində ABŞ liderinin Çinə reallaşdırdığı ilk dövlət səfəridir.
ABŞ Prezidenti Si Cinpinlə olan dostluğunu böyük şərəf hesab etdiyini bildirib:
"Bu, mənim üçün böyük şərəfdir. Biz əla münasibətlər qurmuşuq. Həmişə ortaq məxrəc tapmışıq. Çətinliklər yarananda onları birlikdə həll etmişik. Mən sizə zəng edə bilirdim, siz də mənə zəng edə bilirdiniz - insanların heç xəbəri olmadığı problemlər yarananda belə, biz çox tez bir zamanda həll yolu tapırdıq", - deyə Tramp vurğulayıb.
O, həmçinin Çinə və Si Cinpinin nailiyyətlərinə böyük hörmətlə yanaşdığını əlavə edib:
"Siz böyük lidersiniz. Bunu hamıya deyirəm: siz həqiqətən də böyük lidersiniz", - deyə ABŞ Prezidenti bəyan edib.
Si Cinpin öz növbəsində Çin-ABŞ münasibətlərinin qarşılıqlı fayda üzərində qurulmalı olduğunu və qarşıdurmanın hər iki tərəf üçün zərərə səbəb olacağını vurğulayıb. O bildirib ki, Pekin və Vaşinqton "Fukidid tələsi"ni aradan qaldırmalı və yeni münasibət modeli qurmalıdırlar.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ