İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İLGİNC hazırlıq - bu dəfə də Pekinə getməsə...

Ağ Ev lideri Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Amma həmin günlərdə İrana qarşı müharibə davam etdiyinə görə, səfər təxirə salındı. Tramp açıqlama verərək səfərin mayın ortalarında gerçəkləşəcəyini bildirmişdi. Ancaq indi aydın olur ki, həmin tarix də dəqiq olmaya bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək: “Vaşinqton Tayvanı Çinin bir hissəsi olaraq tanıyır. Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birləşdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampla görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlama verməsində maraqlıdır”.

ABŞ-Çin münasibətləri hara aparır - müharibəyə, yoxsa...? - TƏHLİL - Oxu.az

Onun fikrincə, Tramp Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq.
Politoloq onu da qeyd edib ki, Cinpin Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir: “Çünki Çin ABŞ-la ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarının” müəyyələşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR