İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İrana XƏBƏRDARLIQ: O fotonu PAYLAŞDI

Dünən ABŞ prezidenti Donald Tramp sosial mediada ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisinə aid foto paylaşıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Tramp şəkli özünün “Truth Social” platformasında heç bir izahat vermədən yayımlayıb.

Paylaşım ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edir və Vaşinqtonun Tehrana yönəlik növbəti xəbərdarlığı kimi qiymətləndirilir.

Xatırladaq ki, Tramp daha əvvəl İranla danışıqların uğursuz olacağı təqdirdə ABŞ-nin təyyarədaşıyan gəmisinin bölgədə olmasının vacibliyini vurğulayıb. Son paylaşım da bu mövqenin davamı kimi şərh olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR