Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində Şimali Koreya liderinin fotosu əks olunan mem paylaşaraq, KXDR liderinin guya onun danışıqlar aparmaq təklifinə cavab verdiyini zarafatla nümayiş etdirib.
Fotoda Kim Çen In əlində telefon dəstəyi ilə təsvir olunub. Şəklin üzərində isə ingilis dilində belə yazılıb: "Hey, Donald, hər şey qaydasındadır... hə?”
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ