İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı öldürmək istəyənə ömürlük həbs cəzası

ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsi 2024-cü ildə prezident seçkiləri kampaniyası zamanı namizəd Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, məhkəmə Rayan Ruta ömürlük həbs cəzası ilə yanaşı, əlavə olaraq 7 il azadlıqdan məhrumetmə hökmü də çıxarıb.

Qeyd olunur ki, 2025-ci ilin sentyabrında məhkəmə Rutu beş maddə üzrə təqsirli bilib. İttihamlar arasında prezidentliyə namizədə sui-qəsd cəhdi, federal məmura hücum, silah və döyüş sursatının qanunsuz saxlanılması da yer alıb. Rayan Rut isə özünü təqsirli hesab etməyib.

“Fox News”un daha əvvəl yaydığı məlumata görə, Rut sui-qəsd cəhdindən təxminən bir ay əvvəl Ukraynada raket qurğusu almağa cəhd göstərib. İstintaq hesab edir ki, Trampa qarşı sui-qəsd planı spontan olmayıb və azı yarım il əvvəlcədən hazırlanıb. ABŞ mediası Rutun bir neçə dəfə Ukrayna Silahlı Qüvvələri ilə əlaqə saxladığını və 2022-ci ildən sonra Ukraynaya səfərlər etdiyini də yazıb. 

2024-09-16t030117z_243136012_rc261aa38cdb_rtrmadp_3_usa-election-trump-pic_32ratio_900x600-900x600-93064.jpg (58 KB)

Xatırladaq ki, 2024-cü il sentyabrın 15-də FTB Floridanın Palm-Biç şəhərində yerləşən “Trump International Golf Club” qolf klubunun yaxınlığında baş verən atışma ilə bağlı yeni araşdırmaya başladığını açıqlamışdı. Həmin vaxt Donald Tramp qolf klubunda olub. Palm-Biç dairəsinin şerifi Rik Bredşou bildirib ki, Rayan Rutun gizlənməyə çalışdığı kolluq ərazidə optik nişangahlı AK-47 avtomatı, keramik plitələrlə təchiz olunmuş iki bel çantası və kamera aşkarlanıb.

Bu hadisə Trampa qarşı ikinci sui-qəsd cəhdi olub. Birinci hadisə 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Batler dairəsində keçirilən seçki mitinqi zamanı baş verib. Həmin vaxt Tramp yüngül xəsarət alıb, qulağından yaralanıb. Atəş açan şəxs – 20 yaşlı amerikalı Tomas Mettyu Kruks ABŞ Gizli Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. FTB hadisənin qəsdən adam öldürməyə cəhd kimi araşdırıldığını təsdiqləyib.

 

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR