Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin illər sonra Şimali Koreyaya rəsmi səfər gerçəkləşdirib. Bu səfər tarixi əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
Musavat.com xəbər verir ki, Vladimir Putin 24 ildən sonra ilk dəfə Şimali Koreyaya səfər edib.
Paytaxt Pxenyanın hava limanında Rusiya liderini Şimali Koreya lideri Kim Çen In şəxsən qarşılayıb.
İki ölkə rəhbərinin səmimi görüşü və qucaqlaşması kadrlara əks olunub.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlərin və strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılması nəzərdə tutulur.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ