İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın komandasında böyük yarpaq tökümü: Bu şəxslər də göndərilir

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək mühüm seçkilər ərəfəsində komandasında ciddi dəyişikliklər planlaşdırır.

Musavat.com Amerikanın "The Atlantic" jurnalına istinadən xəbər verir ki, Vaşinqton administrasiyasında əlavə kadr dəyişiklikləri Federal Təhqiqat Bürosunun direktoru Keş Patel, ABŞ ordusunun katibi Daniel Driskol və Əmək naziri Lori Çavez-Derimerə təsir göstərə bilər.

Jurnalın mənbələrinə görə, "administrasiyadan ayrılacaq digər şəxslər, o cümlədən Patel, Driskol və Çavez-Derimer ilə bağlı aktiv müzakirələr aparılır".

Məqalədə vurğulandığı kimi, ABŞ prezidenti əvvəllər noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən əvvəl heç bir əsas administrasiya rəsmisini işdən çıxarmağı planlaşdırmamışdı:  "Lakin prezident İrana qarşı müharibəyə başladıqdan sonra ona dəstəyin azalması siyasi hesablamaları dəyişdirib".

Amerikanın "Politico" qəzetinin məlumatına görə isə  Tramp Vaşinqton administrasiyasının əsas üzvləri arasında daha çox kadr dəyişiklikləri etməyi düşünür və ticarət katibi Hovard Lutnik və əmək katibi Lori Çavez-Derimerin fəaliyyətindən narazılığını bildirir.

Qəzetin mənbələrinə görə, Amerika lideri "onlardan narazılığını və məyusluğunu ifadə edib və kabinetinin daha da yenilənməsini düşünür". "O, çox qəzəblidir və kadr dəyişiklikləri etmək niyyətindədir", - administrasiyadakı mənbə qeyd edib.

Bir mənbə əlavə edib ki, kadr dəyişiklikləri ABŞ prezidentinin fikrincə, "gözləntiləri doğrultmayan və ya çox mənfi diqqət çəkən" nazirlərə təsir edə bilər.

Qeyd edək ki, martda daxili təhlükəsizlik naziri Krsti Noem, aprelin 2-də isə Baş prokuror Prm Bondi istefaya göndərilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR