İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Altman gizli görüşdülər: Razılığa gələ bilmədilər

ABŞ Prezidenti Donald Tramp Respublikaçıların Qurultayı zamanı OpenAI-ın baş direktoru Sem Altman ilə qapalı görüş keçirib.

Musavat.com-un məlumatına əsasən MS NOW televiziya kanalı mənbələrə istinadən bildirib ki, müzakirənin əsas mövzusu süni intellekt və bu texnologiyanın sürətlə artan imkanları olub.

Kanal qeyd edir ki, Altmanın özü görüşü tələb edib. MS NOW-un həmsöhbətləri söhbətin yalnız ümumi təfərrüatlarını açıqlayıblar və bildiriblər ki, söhbət əsasən süni intellektin inkişafına və onun imkanlarının artırılmasına yönəlib.

Görüşdən bir neçə gün sonra Tramp və Altman ən güclü süni intellekt sistemlərinin inkişaf tempi ilə bağlı açıq şəkildə fərqli mövqelər tutublar. Altman bildirib ki, texnologiyanın inkişafını yavaşlatmaq təhlükəsizlik tələbləri ilə əsaslandırıla bilər və ABŞ-a qarşı rəqabət təzyiqi süni intellekt imkanlarının onları idarə etmək mexanizmlərindən daha sürətli inkişaf etdiyi bir vəziyyətə gətirib çıxarmamalıdır.

Digər tərəfdən, Tramp əlavə məhdudiyyətlərim tətbiqinə qarşıdır. O, süni intellektin yalnız "güclü və ağıllı prezidentdən" nəzarət tələb etdiyini və onun fikrincə, artan tənzimləmənin sənayeni "unudulmağa və iflasa" apara biləcəyini iddia edib.

ABŞ prezidenti ardıcıl olaraq süni intellektin minimal tənzimlənməsini müdafiə edir. 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtdıqdan sonra əvvəlki administrasiyanın sənaye üçün məhdudiyyətlər müəyyən edən direktivini ləğv edib və daha sonra ayrı-ayrı ştat səviyyəli qaydaları əvəz ecərək süni intellektin tənzimlənməsi üçün vahid federal standart yaradan bir sərəncam imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR