İnsanlara hürriyət, millətlərə istiqlal!

“TRİPP qısa müddətdə realaşacaq” – SON DƏQİQƏ açıqlaması

“Hazırda TRİPP layihəsi ətrafında bir informasiya çirkliliyi yaratmağa çalışırlar. Bu da xüsusi mərkəzlər tərəfindən idarə olunan bir informasiya müharibəsidir”.

Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-un “İranın TRİPP Layihəsinə münasibəti dəyişibmi?” sualına cavabında bildirib.

O, eyd edib ki, TRİPP layihəsinin həyata keçirilməsini istəməyənlər çalışırlar bu məsələ ətrafında müəyyən informasiya ajiotajı yaratmaqla sanki bu marşrutun baş tutmaması ilə bağlı ictimai rəy formalaşsın: “Ancaq reallıq isə tam başqadır. Çünki hazırda elə bir mərhələyə gəlib çatmışıq ki, TRİPP marşrutunun ən qatı əleyhdarları olan belə tərəflərin bu marşruta ehtiyacı daha da artır və bunların başında da İran gəlir. İran cənub nəqliyyat-logistika marşritlarından az qala tamamilə məhrum edilib. Şimal marşrutları İranda aktuallaşıb. Həm Xəzər dənizi vasitəsilə Rusiya və Qara dəniz ölkələri ilə əlaqə saxlamaq üçün, həm də Azərbaycan üzərindən Şimal-Cənub dəhlizi və eyni zamanda Avropaya çıxmaq üçün yenə Azərbaycan və Türkiyə üzərindən İranın böyük yükdaşımalara ehtiyacı yaranıb”.

Deputatın sözlərinə görə, məsələnin ikinci tərəfi ondan ibarətdir ki, artıq TRİPP marşrutunun həyata keçirilməsi Ermənistanla ABŞ arasında hüquqi öhdəçiliyə çevrilib: “Yaxın günlərdə TRİP layihəsi barədə saziş Ermənistan parlamentində yəqin ki, ratifkasiya ediləcək. Lakin bəzi hallarda biz görürük ki, Ermənistan da yuxarıda dediyimiz informasiya burulğanına düşmüş olur. Mənə elə gəlir ki, burada mühüm bir reallıq var, ermənilər əllərində bunu Azərbaycanla münasibətlərdə bir mexanizmə çevirməyə çalışırlar. Bu nədir? Bizim Zəngəzurdan yol almaq hüququmuz var. Çünki Qərbi Zəngəzur bizim ərazimizdir. Bizim iradəmiz olmadan 1921 və 1923-cü illərdə, həmçinin ondan sonrakı dövrlərdə mərhələ-mərhələ Ermənistana verilib. 1918-1920-ci illərdə Qərbi Zəngəzur Azərbaycan dövlətinin ərazisi olub. Bu ehtimal yüksək olduğuna görə ermənilər çox çəkinirdilər ki, Azərbaycan həmin ərazi ilə bağlı addım ata bilər. Ancaq indi mənə elə gəlir ki, TRİPP marşrutunun reallaşma ehtimalları hər gün bir qədər artdıqca Ermənistan başa düşür ki, artıq Azərbaycanın burada başqa addımlar alternativləri azalıb. Ona görə də Ermənistan da bu məsələdə informasiya manipulyasiyası edir. Amma nə olur-olsun TRİPP reallaşması ehtmalı çox yüksək olan marşrutdur və qısa müddətdə önümüzdəki mərhələdə realaşacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR