Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində aktrisa və prodüser Yağmur Ünal haqqında səsləndirilən iddialar gündəm olub.
Musavat.com xəbər verir ki, bəzi KİV-lərdə Yağmur Ünalın saç nümunəsində narkotik maddə aşkarlandığı və test nəticəsinin müsbət çıxdığı iddia edilib.
Mərhum Yeşilçam ulduzu deyil, əfsanəvi aktrisa Türkan Şorayın qızı olan Yağmur Ünal isə yayılan məlumatları təkzib edib. O bildirib ki, rəsmi nəticələr hələ ona təqdim olunmayıb və məsələdə yanlışlıq olduğunu düşünür.
“Böyük bir yanlışlıq olduğunu ümid edirəm. Rəsmi nəticələr hələ əlimə çatmayıb. Lazım gələrsə, öz təşəbbüsümlə etdirdiyim testlərin nəticələrini də ictimaiyyətlə şəffaf şəkildə paylaşacağam”, - deyə Ünal açıqlamasında vurğulayıb.
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ