İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!

Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr razılaşmalarına və beynəlxalq hüquqa ziddir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Heç bir legitimliyi olmayan və nəticələri yaxşı düşünülməyən bu cür addımlar adanın cənubu üçün təhlükəli nəticələr yarada bilər. Bölgədəki həssas tarazlıqları nəzərə almayan və Türkiyə ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) hüquq və maraqlarını hədəf alan hər hansı hərbi birliyin Türkiyəyə qarşı uğur qazanmaq şansı yoxdur. Türk Silahlı Qüvvələri isə Kipr türklərinin təhlükəsizliyini təhdid edən belə addımlara qarşı ən sərt cavabı verməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR