Onlayn ictimai-siyasi qəzet
Türkiyə ilə İraq arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə keçir.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük neft yatağı ilə bağlı imzalanan yeni sazişin detallarını açıqlayıb.
Ərdoğanın sözlərinə görə, İraqda British Petroleum şirkətinin istismar etdiyi Kərkük neft yatağında Türkiyənin dövlət enerji şirkəti Turkish Petroleum tərəfdaşlıq hüququ əldə edib.
Prezident bildirib ki, bu gün imzalanan saziş Türkiyə ilə İraq arasında enerji sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm addımdır və iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ