Onlayn ictimai-siyasi qəzet
Türkiyədə eyni vaxtda 50-dən çox hərbi gəminin inşa edildiyi açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Erçüment Tatlıoğlu TEKNOFEST Mavi Vatan tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə 50-dən çox hərbi gəmi paralel şəkildə inşa edilir.
“Bu gün etibarilə eyni vaxtda 50-dən çox hərbi gəmi inşa edirik - 37-si Türkiyə Hərbi Dəniz Qüvvələri üçün, 24-ü isə xarici dövlətlər üçün”, - deyə admiral bildirib.
Tatlıoğlunun sözlərinə görə, Türkiyənin hərbi gəmiqayırma sahəsində imkanları genişlənməkdə davam edir.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ