İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk Ukraynanın cəbhədəki insan itkisinə dair şok rəqəm açıqladı

Polşa Baş naziri Donald Tusk Ukrayna Silahlı Qüvvələrinin itkilərinin rekord həddə çatdığını və Ukrayna üçün fəlakətli dərəcədə çətin bir qış olacağını proqnozlaşdırdığını deyib.

Musavat.com xəbər verir ki, o, bu barədə Seymdəki çıxışında danışıb: "Ukraynalı tərəfdaşlarımız mənə məlumat verdilər ki, ayda ölən və yaralananların sayı son zamanlar 27.000-ə çatıb. Əlbəttə ki, bunlar rekord göstəricilərdir".

Tusk bildirib ki, Rusiya qışa doğru Ukraynanın mülki və sosial obyektlərinə hücumları daha da gücləndirəcək. O əlavə edib ki, bu tendensiya nəzərə alınmaqla, Ukraynada qış "həqiqətən fəlakətli ola bilər".

Baş nazirin sözlərinə görə, qarşıdakı aylarda Rusiya təkcə Ukraynaya deyil, həm də onu dəstəkləyən ölkələrə qarşı hücumları gücləndirə bilər. Xüsusilə buraya Polşa və NATO-nun şərq cinahındakı digər dövlətlər də daxil ola bilər. Onun sözlərinə görə, NATO, Ukrayna və Polşadan gələn kəşfiyyat qiymətləndirmələri Rusiyanın Ukraynanı dəstəkləyən ölkələrə hücum etmək üçün dron və raketlərdən istifadə edə biləcəyi ssenariyə işarə edir.

Tusk qeyd edib ki, bu məsələ ilə bağlı son kəşfiyyat məlumatları "çox ardıcıl və inandırıcıdır": "Dronların və ya digər növ raketlərin şərq cinahındakı bir və ya daha çox NATO ölkəsinin ərazisinə dəyib zərər verə biləcəyinəö dair real risk var. Rəsmi mövqe bu olacaq ki, bu, qəza olub və NATO-nun hər hansı bir cavabını nəzərdən keçirmək üçün heç bir səbəb yoxdur".
Onun sözlərinə görə, Rusiya Alyansın bu cür hadisələrə cavab verməyə hazırlığını sınamağa və birliyini zəiflətməyə çalışa bilər: "Məqsəd NATO-nun bütövlüyünü ümumilikdə sarsıtmaq və hər şeydən əvvəl üzv ölkələri 5-ci maddənin praktikdən daha çox nəzəri olduğuna inandırmaq olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR