Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, tərəflər liderlərini məlumatlandırmaq və mümkün razılaşma üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Dünən Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Cenevrə şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü keçirilib.
"RİA Novosti" bildirir ki, müzakirələr kifayət qədər gərgin şəraitdə keçib.
Danışıqların bu gün də davam etdirilməsi gözlənilir.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ