Onlayn ictimai-siyasi qəzet
Ukrayna bu gün Rusiyanın iki regionunda yerləşən neft emalı zavodlarına (NEZ) və ruslara məxsus hərbi gəmilərə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttindən 1300 kilometrdən çox uzaqlıqda yerləşən hərbi və strateji obyektlərə uğurlu zərbələr endirib.
Belə ki, Başqırdıstanda yerləşən "Başneft-Novoyl" neft emalı zavodu vurulub.
Zelenski Yaroslavl vilayətində, Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşən "Slavneft-YANOS" neft emalı zavodunun da hədəfə alındığını bildirib.
"Bundan əlavə, Qara dəniz akvatoriyasında Rusiyanın təcavüzünə uğurlu cavab zərbələri endirildi. Xüsusilə, iki hərbi patrul kateri və Rusiyanın "kölgə donanması"na aid gəmilər məhv edildi", - deyə Ukrayna Prezidenti əlavə edib.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ