İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna 26 kəndi azad etdi: Cəbhədə nə baş verir?

"DeepState" analitik layihəsi Ukrayna Silahlı Qüvvələrinin Aleksandrovka istiqamətindəki uğurlarını açıqlayıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, son yarım ildə Ukrayna hərbçiləri Ukraynanın 3 vilayətində yerləşən 26 yaşayış məntəqəsini Rusiya işğalından azad ediblər.

Bu, "DeepState"in bu il qeydə aldığı ən böyük irəliləyişdir.

Layihə vurğulayır ki, Rusiya tərəfi xəritələrdə on illərdir olmayan məntəqələri "ələ keçirmək" barədə danışarkən, Ukrayna müdafiəçiləri səssizcə öz işlərini görürlər.

Qeyd edək ki, Aleksandrovka istiqaməti Donbasda aktiv döyüşlərin getdiyi ərazilərdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR