İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanı CƏHƏNNƏMƏ ÇEVİRDİ! “Vayldberriz” yanır, neft zavodları DAYANDI! - TV Müsavat

Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar artıq Rusiyanın hərbi obyektləri ilə məhdudlaşmır. Son zərbələr ölkənin nəhəng elektron ticarət şəbəkəsi “Vayldberriz”in (Wildberries) logistika mərkəzlərini, neft emalı zavodlarını və yanacaq təminatı sistemini də əhatə edib.

Musavat.com xəbər verir ki, avqustun 16-da Moskva vilayətinə endirilən kütləvi dron zərbəsi zamanı Podolsk yaxınlığındakı “Vayldberriz” anbarı vurulub. Vilayətin qubernatoru Andrey Vorobyov hücum nəticəsində 83 yaşlı sakinin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

Hadisə yerindən yayılan görüntülərdə Moskvanın təxminən 45 kilometr cənubundakı Koledino logistika kompleksindən tüstü qalxdığı görünür. Domodedovo hava limanı yaxınlığındakı başqa bir anbarın da zərər gördüyü bildirilir.

Rusiya Müdafiə Nazirliyi hücum zamanı 822 Ukrayna dronunun vurulduğunu iddia edib. Bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Niyə “Vayldberriz” hədəfə çevrilib?

“Vayldberriz” adi internet mağazası deyil. Yarım milyondan çox satıcının istifadə etdiyi platforma Rusiyadakı onlayn sifarişlərin təxminən yarısını qəbul edir. Onun logistika şəbəkəsi ölkənin 11 saat qurşağına yayılıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR