Onlayn ictimai-siyasi qəzet
Tatarıstanda yerləşən neft ötürücü stansiyada Ukrayna dronlarının hücumundan sonra baş verən yanğınla bağlı yeni kadrlar yayılıb.
Musavat.com xəbər verir ki, söhbət “Drujba” (Dostluq) neft kəməri sisteminin əsas logistik qovşaqlarından sayılan “Kaleykino” stansiyasından gedir.
Məlumata görə, sözügedən stansiya vasitəsilə Qərbi Sibir və Volqaboyu regionlarından çıxarılan xam neft ixrac marşrutlarına yönləndirilir. Sosial şəbəkələrdə yayılan videolarda geniş ərazinin alov içində qaldığı, səmaya qalxan qalın qara tüstü sütunlarının kilometrlərlə uzaqdan göründüyü əks olunur.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ