Onlayn ictimai-siyasi qəzet
Ukraynanın avqustun 12-də Novorossiysk dəniz bazasına etdiyi hücum nəticəsində Rusiya Qara dəniz donanmasının iki freqatı zədələnib.
Musavat.com “Militarist” portalına istinadən xəbər verir ki, hər iki freqat “Kalibr” raketlərinin buraxılışı üçün istifadə olunur. Portal Novorossiysk bazasının peyk görüntüsünü dərc edən Absolutely Reliable Source-dan OSINT məlumatlarını diqqətlə araşdırıb. Görüntülərdən hər iki freqatın buraxılış qurğularına zərər dəydiyi aydın olur.
Freqatlardan biri “Admiral Essen”dir. Analitiklərin fikrincə, gəminin burnu vurulub və göyərtə deformasiyaya uğrayıb. Xüsusi olaraq Kalibr raketlərinin buraxılması üçün hazırlanmış UKSK 3S14 universal gəmi buraxılış qurğusunun səkkiz hüceyrəli modulu məhv edilib. Bu məlumatlara görə, Trebovanie-M döyüş məlumat və idarəetmə sistemi də zədələnib.
Bu freqatın zədələnməsi ilk dəfə deyil; 2026-cı ilin əvvəlində də ona zərbə barədə məlumat verilib.
İkinci vurulann freqat "Admiral Makarov" Rusiya Qara Dəniz Donanmasının flaqman gəmisidir. Mövcud məlumatlara görə, zərbə şaquli buraxılış borularının yaxınlığında baş verib və daxili partlayışa və UKSK 3S14 raket buraxılış borularının yanmasına səbəb olub.
Bundan əlavə, analitiklər gəminin radar sistemlərinə, elektron mübadilə və rabitəyə zərər dəydiyini bildirirlər.
Hazırkı hesablamalara görə, hər iki gəminin geniş təmirə ehtiyacı olacaq və onların döyüş xidmətinə qayıtması ən azı bir il çəkə bilər.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ