Onlayn ictimai-siyasi qəzet
Ukraynanın "Fire Point" şirkəti Rusiya hədəflərinə qarşı "Flamingo" qanadlı raketlərinin atışlarının yeni videosunu yayımlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, FP-5 "Flamingo" qanadlı raketi 1150 kq-a qədər faydalı yük daşımaq və 3000 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Raket buraxılış qurğuları təkrar istifadə edilə bilər ki, bu da yerləşdirmə xərclərini azaldır.
Ukraynanın "Defence Express" portalının məlumatına görə, "Flamingo" Britaniyanın "Milianion Group" şirkətinin 2025-ci ilin fevral ayında BƏƏ-də keçirilən IDEX sərgisində təqdim etdiyi FP-5 qanadlı raketinə bənzəyir.
Musavat.com
17 Avqust 2026
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ