Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbi qüvvələri gecə ərzində Ukraynanın Dnepropetrovsk vilayətini 20-dən çox raket və dron zərbəsi ilə hədəfə alıb.
Musavat.com xəbər verir ki, Krivoy Roq şəhərində sənaye müəssisəsinə endirilən ağır zərbə nəticəsində 1 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin rayonun Şirokovskoye və Qruşkovskoye icmaları da atəşə tutulub və ərazidə kütləvi yanğınlar baş verib.
Bununla yanaşı, Nikopol rayonunun mərkəzi və dörd icması kütləvi bombardmana məruz qalıb. Hücumlar nəticəsində 55 yaşlı dinc sakinin yaralandığı qeyd olunur.
Şəhərin kritik infrastrukturu, sənaye müəssisəsi, çoxmərtəbəli binalar və fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ