Onlayn ictimai-siyasi qəzet
Ukraynada Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Vladislav Vlasyukun təyin ediləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, “Zerkalo nedeli” nəşri mənbələrinə istinadla bildirir ki, hazırda bu post üçün əsas namizəd məhz sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndə Vladislav Vlasyukdur.
Məlumata görə, Vlasyukun namizədliyi ölkə rəhbərliyi tərəfindən razılaşdırılıb və yaxın vaxtlarda rəsmi qərarın elan olunacağı gözlənilir. O, indiyədək Ukraynanın beynəlxalq sanksiya mexanizmləri üzrə fəaliyyətinə kuratorluq edib və bu sahədə əsas fiqurlardan biri hesab olunur.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ