İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada strateji körpü VURULDU - Rusiyadan DƏHŞƏTLİ ZƏRBƏ

Rusiya ordusu Zaporojyedə Dnepr çayı üzərindən keçən strateji körpülərdən birinə dəhşətli zərbə endirib.

Hücumun ağır nəticələri ilə əlaqədar olaraq körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri əvəzi Mixail Semikin rəsmi məlumat yayıb.

Şəhər sakinlərinə hərəkət məhdudiyyətlərini nəzərə almaları və rəsmi xəbərdarlıqları izləmələri tövsiyə olunub. Məlumata görə, səhər saatlarında həyata keçirilən hücum nəticəsində yaralananların sayı 5 nəfərə çatıb. Zərərçəkənlər arasında 24 və 59 yaşlı qadınlar, həmçinin 36, 43 və 54 yaşlı kişilər var.

Xüsusilə vurğulanır ki, yaralananlardan ikisi (43 və 54 yaşlı kişi) Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarıdır. Həmin şəxslər işə gedərkən Rusiyanın gözlənilməz hücumuna tuş gəliblər. Həkimlər hazırda bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərir.

Xatırladaq ki, son vaxtlar Rusiya silahlı qüvvələri Ukraynanın strateji infrastrukturlarına, o cümlədən Kiyevdə Dnepr üzərindəki körpülərə hücum dronları ilə zərbələr endirməyə çalışır. Oktyabrın 4-də ruslar Kiyevdəki Şimal körpüsünün hərəkət hissəsini vurub.

İqbal RZAYEV,
Musavat.com

Россияне ударили по мосту в Запорожье: движение перекрыто, есть пострадавшие (фото)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR