İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın müharibə büdcəsində ciddi problem - 56 milyard dollar lazımdır

Ukrayna-Rusiya müharibəsi uzandıqca cəbhədəki döyüşlərlə yanaşı, Kiyevin qarşısında daha bir ağır sınaq dayanıb. İndi də müharibəni maliyyələşdirmək problemi böyüyür. Ölkənin iqtisadiyyatına və sənaye potensialına dəyən zərbələr, vergi gəlirlərinin azalması və hərbi xərclərin sürətlə artması Ukraynanın dövlət büdcəsində ciddi boşluq yaradıb. “Reuters”in son məlumatına görə, Kiyev yalnız 2026-cı ilin maliyyə ehtiyaclarını qarşılamaq üçün təxminən 56 milyard dollarlıq əlavə vəsaitə ehtiyac duyur. Bunun 27 milyard dolları birbaşa hərbi xərclərlə bağlıdır.

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı Yeni Sabah

Müharibənin ilk illərində Qərbin maliyyə və hərbi yardımları ilə ayaqda qalan Ukrayna indi daha böyük maliyyə yükü ilə üz-üzədir. Ölkənin əsas sənaye mərkəzlərinə, limanlarına, dəmir yollarına və enerji infrastrukturuna endirilən zərbələr iqtisadi fəallığı zəiflədib, nəticədə büdcəyə daxilolmalar da aşağı düşüb. “Reuters” yazır ki, yalnız müharibə ilə bağlı pozuntular Ukrayna büdcəsinin gəlirlərində təxminən 1,1 milyard dollarlıq itki yaradıb.

Bununla yanaşı, Kiyev gələn il daha ağır maliyyə yükü götürməyə hazırlaşır. 2027-ci il üçün müdafiə xərclərinin rekord səviyyəyə – təxminən 110 milyard dollara çatdırılması planlaşdırılır. Bu isə Ukraynanın qarşıdakı il üçün də xarici maliyyə dəstəyindən ciddi şəkildə asılı qalacağını göstərir.

Avropa İttifaqı Ukraynanın əsas maliyyə dayağı olaraq qalır. Aİ və Kiyev oktyabrın 1-də 2026-cı ilin büdcə və müdafiə ehtiyaclarını qarşılamaq üçün kifayət qədər resurs müəyyən etdiklərini açıqlayıblar. Bununla yanaşı, Ukrayna 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq Aİ krediti hesabına da böyük ölçüdə ümid edir. Lakin bu vəsaitlərin ayrılması müəyyən islahatların həyata keçirilməsi ilə əlaqələndirilir.

Digər tərəfdən, Kiyev dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsini də gündəmdə saxlayır. Ukrayna üçün problem yalnız bu ilin büdcəsini bağlamaq deyil. Müharibənin uzanması həm hərbi xərcləri artırır, həm də iqtisadiyyatın bərpasını gecikdirir. Belə vəziyyətdə Qərbin maliyyə dəstəyinin davamlılığı Ukraynanın müharibəni hansı miqyasda davam etdirə biləcəyinin əsas faktorlarından birinə çevrilir.

Qərbin maliyyə dəstəyi bu tempdə davam etməsə, Kiyev 2027-ci ilin rekord hərbi xərclərini necə qarşılayacaq?

Mustafayev Elşən Mansur oğlu

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev Musavat.com-a dedi ki, Ukraynanın 2027 ci il üçün müdafiə xərclərini 110 milyard dollara qədər artırılmasını planlaşdırması təəcüblü deyil: “Keçən həftə Rusiya özünün 2027 ci il üçün hərbi büdcəsini 40 faiz artıraraq təxminən 205 milyarda çatdıracağı ilə bağlı məlumatlardan sonra müharibənin ən azı gələn ildə davam edəcəyi ilə bağlı dünyaya mesaj verdi. Belə bir durumda Ukraynanın müqavimət gücünün ən azından bu ilki kimi saxlamaq üçün hərbi büdcə xərclərini artırmaq istəkləri qaçılmaz idi. Rəsmi Kiyev eyni zamanda hər il olduğu kimi gələn il də özünə məxsus raket və dron istehsalını daha da artırmağı planlaşdırır. Əks halda qarşı tərəfin hücumlarına və təzyiqlərinə cavab vermək imkanları məhdudlaşır. Eyni zamnda zəif hərbi büdcə ilə danışıqlar masasına oturmaq da öncədən məğlubiyyəti qəbul etmək deməkdir. Ukrayna üçün indiyədək olmayan ancaq təklif olunan fantastik məbləğdə hərbi büdcəni hansı mənbələr hesabına formalaşdıracağı suallar yaradır. Məlumdur ki, ilk növbədə Avropa İttifaqının ayıracağı yardım və kreditlərə ümid edir. Eyni zamanda ayrı-ayrı Aİ ölkələrinin bir başa ayrıcaqları yardımları da proqnozlarına qatır. Həmçinin gələn il üçün ABŞ-dan da bu ildən fərqli yardımlar gözləyir. İstənilən halda bu məbləğı formalaşdırmağın çox çətin olacağı gözlənilir. Məsələ tək büdcənin müdafiə xərcləri ilə bitmir. Digər xərclər, məsələn sosial, pensiya, büdcə təşkilatları maaşları və s. də var ki, onlar da milyardlarla dollar vəsait tələb edir. Hesab edirəm ki, Ukrayna dediyi kimi hərbi büdcəsini qaldırsa belə ciddi kəsirlərlə qarşılacaq. Amma donorlardan keçən ilkindən daha artıq maliyyə cəlb edəcək. Eyni zamanda nəzərə alsaq ki, Rusiya öldürücü sanksiyalar altındadır və büdcəsini formaılaşdıran əsas mənbə olan neft və qaz satışı minimum səviyyədədirsə o zaman onlar da qəbul edəcəkləri 205 milyard dollar hərbi xərcləri əhatə edən büdcə vəsaitini toplaya bilməyəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2026

05 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR