Onlayn ictimai-siyasi qəzet
Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyasına bənzər nəticələrə səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, yeni pandemiyanın baş verməsi gec-tez qaçılmazdır və əsas məsələ bunun nə zaman baş verəcəyidir.
“Gecələr məni narahat edən məsələlərdən biri yeni respirator patogenin ortaya çıxmasıdır. Bu isə COVID-19-un yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər”, - deyə Qebreyesus bildirib.
ÜST rəhbəri yoluxucu xəstəliklərin yayılması riskinə nümunə olaraq Konqo Demokratik Respublikasında davam edən Ebola virusu epidemiyasını göstərib.
Onun sözlərinə görə, belə xəstəliklər dünyanın istənilən yerində ortaya çıxa bilər və yalnız yerli əhali üçün deyil, qonşu ölkələr və digər dövlətlər üçün də təhlükə yarada bilər.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ