İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - VİDEO

Müğənni Üzeyir Mehdizadə onu Xalq artisti Alim Qasımovla ifa etdiyi duetinə görə tənqid edənlərə cavab verib.

Musavat.com xəbər verir ki, sənətçi yayımladığı videoaçıqlamada izləyicilərə səslənib. O tamaşaçılara məsləhət görüb ki, mahnıya mənfi rəy yazmaqdansa, onu dinləməsinlər:

“İzləmək və dinləmək istəməyənlərdən xahiş edirəm: qarşısınıza çıxsa da, üzərindən keçin. Orada videoya və ya səsə şərh bildirərək onu təkrar dinləyirsiniz. Zəhmətimizə və öz zamanınıza dəyər verin. Nə dinləmək, izləmək istəyirsinizsə, ona vaxt ayırın. İcazə verin, dinləmək istəyən rahat dinləsin. Bir-birimizin ayağına dolaşmayaq”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR