Onlayn ictimai-siyasi qəzet
Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı ən azı 188 nəfərə çatıb.
Musavat.com-un bildirdiyinə görə, bu barədə Reuters xəbər yayıb.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges daha 1520 nəfərin yaralandığını, 200 nəfərin isə dağıntılar altında qaldığını bildirib.
Rodrigezin sözlərinə görə, dağıntılar nəticəsində ən azı 2927 ailə evlərini itirib. Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada dəhşətli zəlzələ baş verib. 7,2 və 7,5 bal gücündə iki silsilə təkan bir-birindən təxminən 40 saniyə fərqlə qeydə alınıb. Yeraltı təkanlarının episentri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 km aralıda qeydə alınıb. Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib və hökumət sahilyanı La Quaira əyalətini fəlakət zonası adlandırıb.
Erməni mediası yazıb ki, Venesuelada baş verən zəlzələ iki erməni ailəsinin evini dağıdıb, yaralanan və itkin düşən ermənilər barədə də xəbərlər var. Kilikiya katolikosu I Aram Venesuelada baş verən zəlzələdən sonra erməni icmasının üzləşdiyi çətinlikləri diqqətlə izlədiyini açıqlayıb.
Katolikosun verdiyi məlumata görə, zəlzələ dəhşətli dağıntılara səbəb olub, nəticədə böyük maddi ziyan və çoxsaylı insan tələfatı olub. Əhali arasında qorxu və qeyri-müəyyənlik hökm sürməkdə davam edir.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ