Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti C.D.Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Fox News-a verdiyi müsahibədə danışıb: "İsrail əla tərəfdaşdır, ABŞ-ın müttəfiqidir. Lakin Fransa, Böyük Britaniya və ya ABŞ-ın hər hansı digər müttəfiqi kimi, bəzən fikirlərimiz fərqli olur".
O, əlavə edib ki, vitse-prezident kimi onun işi yalnız ölkəsinin maraqlarını qorumaqdır: "Maraqlarımız İsrailin maraqları ilə üst-üstə düşdükdə, ortaq məqsədlərimizə necə çatacağımızı müzakirə edirik. Mənim fikirlərim İsrail Baş nazirinin fikirlərindən fərqli olduqda, onları açıq şəkildə müzakirə edirik".
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ