Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Reuters" agentliyinə verdiyi eksklüziv müsahibədə İranın nüvə proqramı və iki ölkə arasındakı danışıqlar prosesi ilə bağlı kəskin bəyanatlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Vens Tehran administrasiyasının nüvə silahı əldə etmək niyyətində olmadığını sübut etməsi üçün uranın zənginləşdirilməsi imkanlarını "əhəmiyyətli dərəcədə" ixtisar etməli olduğunu bildirib.
ABŞ Vitse-prezidenti müsahibəsində bu məsələnin əsas prinsipial şərt olduğunu vurğulayıb: "Əgər siz nüvə silahı yaratmaq istəmirsinizsə, onda 60 faizədək zənginləşdirilmiş yanacaq nəyinizə lazımdır? Və əgər nüvə silahından imtina öhdəliyinizə sadiq olduğunuzu nümayiş etdirmək istəyirsinizsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, çox vacib və konseptual bir sualdır. Düşünürəm ki, onlar nüvə silahı hazırlamamaq niyyətlərini göstərmək üçün uranın zənginləşdirilməsi gücləri ilə bağlı real və ciddi addımlar atmalıdırlar".
Vens həmçinin əlavə edib ki, sazişin bağlanması prosesini mürəkkəbləşdirən əsas amillərdən biri İranda son qərarların məhz kim tərəfindən qəbul edildiyinin Vaşinqton üçün qaranlıq qalmasıdır. ABŞ rəsmisi Birləşmiş Ştatların İran Prezidenti Məsud Pezeşkiyan və Xarici İşlər Naziri Abbas Araqçı ilə danışıqlar apardığını, lakin onların İslam Respublikasının real hakimiyyət hiyerarxiyasında nə dərəcədə təsir gücünə malik olduqlarının dəqiq bilinmədiyini diqqətə çatdırıb.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ